Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Maskada bu element yoxdursa, koronavirusa yoluxassınız - XƏBƏRDARLIQ

Cəmiyyət
Maskada bu element yoxdursa, koronavirusa yoluxassınız     - XƏBƏRDARLIQ

Nazirlər Kabinetinin karantin rejiminin sərtləşdirilməsi ilə bağlı son qadağaları bizdə yoluxma sayının artmasının qarşısını almağa müəyyən qədər kömək edəcək.


Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib.


O bildirib ki, açıq havada da insanlar maskasız vəziyyətdə bir-birinə yaxın duranda yoluxma ehtimalı istər-istəməz artır:


"Təbii ki, dünyanın heç bir yerində, bizdə də tək açıq havada maska taxmaq yüzdə-yüz yoluxmanın qarşısını ala bilməz, bu mümkün deyil. Amma müəyyən qədər kömək edəcəyini düşünürəm. Çünki bizim camaat daha mehriban, daha ünsiyyətcildirlər. Birdən görürsən küçədə qucaqlaşırlar, öpüşürlər.

Belə şeylərə çox rast gəlirik. Çox yaxın dayanıb söhbət edirlər, siqaret çəkirlər, ara məsafəsi də saxlamırlar. Yaxud da açıq havada dönər, təndir çörəyi satılan yerlərdə orada küçədə dayanırsan bir şey almaq üçün. Fikir verirəm ki, orada insanlar bir-birinə həddindən artıq yaxın dururlar. Buna görə də açıq havada maskadan istifadənin məcburi hal almasını mən təqdir edirəm. Çünki sadaladığım yerlərdə insan maskasız yaxın duranda istər-istəməz yoluxma ehtimalı artır. Ona görə də bu qadağanı köməkçi tədbirlərdən biri kimi qiymətləndirirəm.

 

Hər kəsə tibbi maskalardan istifadə etməyi tövsiyə edirəm. Çünki həm adi cərrahi maska var, həm də N95 maskası var. Bunların burun hissəsində metallik komponent var. Onu əyib buruna uyğunlaşdırmaq olur. Bu zaman birbaşa açıq havanın tənəffüs yollarına keçməsinin qarşısı alınır. Amma bu qara maskalardır, hansı ki dekorativ maskalardır, ev şəraitində bəzəkli formada hazırlanırlar, onların burun hissəsində metallik komponent olmadığı üçün burun-yanaq hissədə o bucaq açıq qalır və oradan açıq hava tənəffüs yollarına daxil olur. Təbii ki, belə olan halda da koronavirusun hava damcı yolu ilə tənəffüs yollarına daxil olmaq ehtimalı daha artır".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla