Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
BUTA.TV xəbər verir ki, son gündə bir oyun keçirilib.
Autsayderlər zonasında qərarlaşan “Şamaxı” liderlər qrupunda yer alan “Neftçi”ni qəbul edib.
Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Bölgə təmsilçisi güclü rəqibinə 80 dəqiqə müqavimət göstərə bilib. 81-ci dəqiqədə qapıçı Rəşad Əzizlinin kobud səhvini bağışlamayan Mateus Saldanya hesabı açıb.
Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub və “Neftçi” səfərdə 1:0 hesablı qələbə qazanıb.
Beləliklə, çempionatda “Şamaxı” üzərində ardıcıl 5-ci qalibiyyətini əldə edən “Neftçi” xallarının sayını 55-ə çatdırıb. “Ağ-qaralar” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıblar. Doqquzuncu sıradakı “Şamaxı”nın isə aktivində 20 xal var.
Turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, “Sabah” “Sumqayıt”ı 4, “Qarabağ” isə “Səbail”i 3 cavabsız qolla üstələyib.
Qeyd edək ki, Premyer Liqada XXVII turun qarşılaşmaları 15-17 mart tarixlərində oynanılacaq.
- “Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
- Deputat bahalaşmadan gileyləndi
- "Gəncə Sukanal" ləğv olunur
- Deputatdan piyada zolaqları ilə bağlı ağlasığmaz təklif
- Naxçıvanda taxıl qalmaqalı: Fuad Nəcəflinin həbsinə hazırlıq gedir
- Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
- Buraxılış imtahanı çətin deyil, ciddi yanaşmaq lazımdır
- Kapital Bankdan Novruz fürsəti: nağd kreditə 6%-dək endirim