Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək

Ölkə
“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək

"Ali təhsil müəssisələrinin ixtisas seçiminin 20 sentyabr saat 23:59-da başa çatacağı nəzərə alınaraq, "Abituriyent Məsləhət Mərkəzləri" 19 və 20 sentyabr tarixlərində də fəaliyyətlərini davam etdirəcəklər.

 

Dövlət İmtahan Mərkəzindən Buta.ws-ə verilən məlumata görə, "Abituriyent Məsləhət Mərkəzləri" qeyd olunan tarixlərdə saat 09:30-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində fəaliyyət göstərəcəklər.

 

"Məsləhət mərkəzləri"ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər:

 

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq ali təhsil müəssisələrində abituriyentlərin qəbulu məhdud sayda - günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə ( http://eservices.dim.gov.az/eNovbe/ ) əsasında həyata keçirilir. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılır. Abituriyenti yalnız 1 nəfərin müşayiət etməsinə icazə verilir.

 

"Məsləhət mərkəzləri"ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla