Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə İranın «Tana Energy Management Company» şirkəti arasında Meqri keçid məntəqəsinin modernləşdirilməsinə dair 18 milyon 495 min avro dəyərində müqavilə imzalanıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Komitə rəhbəri Rüstəm Badasyan birgə fəaliyyətə görə Avropa İttifaqına, Avropa Yenidənqurma və İnkişaf Bankına təşəkkür edib.
O əlavə edib ki, modernləşdirilmiş buraxılış məntəqəsi sərhəddən sürətli keçid üçün imkanlar yaratmağa kömək edəcək.
Qeyd edilir ki, tikinti işləri 2026-cı ildə başa çatdırılacaq.
- Prezident bu teatrın kollektivini təbrik etdi
- Bakıda yağışlı havada baş verən qəzanın – Anbaan videosu
- Yağıntılı hava nə vaxta kimi davam edəcək?
- Bakıda güclü yağış fəsadlar törətdi - Video
- DYP-dən yağışlı hava ilə bağlı sürücülərə çağırış
- Azərbaycanda zəlzələ oldu
- “Kristal” “Landau Education Group”la memorandum imzaladı
- Kürün səviyyəsi qəfil qalxdı, bir ailə adada köməksiz qaldı