İran Ermənistanla 18,5 milyonluq müqavilə imzaladı

01:06 - 28 Yanvar 2023 - GÜNDƏM

 İran Ermənistanla 18,5 milyonluq müqavilə imzaladı

Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə İranın «Tana Energy Management Company» şirkəti arasında Meqri keçid məntəqəsinin modernləşdirilməsinə dair 18 milyon 495 min avro dəyərində müqavilə imzalanıb.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Komitə rəhbəri Rüstəm Badasyan birgə fəaliyyətə görə Avropa İttifaqına, Avropa Yenidənqurma və İnkişaf Bankına təşəkkür edib.

O əlavə edib ki, modernləşdirilmiş buraxılış məntəqəsi sərhəddən sürətli keçid üçün imkanlar yaratmağa kömək edəcək.

Qeyd edilir ki, tikinti işləri 2026-cı ildə başa çatdırılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol