Azərbaycanlıların İrəvana getməsi erməniləri təşvişə saldı

23:28 - 19 Fevral 2026 - GÜNDƏM

 Azərbaycanlıların İrəvana getməsi erməniləri təşvişə saldı

Əslən Qərbi Azərbaycandan olan Rusiya vətəndaşı Rövşən Əhmədovun indiki Ermənistan ərazisini gəzməsi, köhnə yurd yerlərindən video çəkib, paylaşması bəzi erməni siyasətçiləri narahat edib.

BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyanın açıqlama yayıb.

O, azərbaycanlıların Ermənistanda “peyda olması” ilə İrəvandakı iki qrup arasında atışmanı “eyni müstəvidə” gündəmə gətirib:

“Azərbaycanlılar Amasiyada naməlum şəraitdə peyda olublar və İrəvanın mərkəzində gündüz vaxtı atəş səsləri eşidilir.

Əvvəla, qeyd etmək istəyirəm: Azərbaycanlılar Ermənistana naməlum şəraitdə gəliblər. Amma əslində onlar mövcud hökumətin siyasəti altında gəliblər, min dəfə müzakirə etdiyimiz, min dəfə gələcəyini proqnozlaşdırdığımız bir şey. İnsanlar isə düşünürlər ki, yaxşı, bundan böyük bir şey çıxarmayın, gəlin sülh içində yaşayaq... Bir azərbaycanlı "Hər şey yaxşı olsun və biz qayıdacağıq" deyəndə nəyi nəzərdə tutur? O, 7 iyun seçkilərindən sonra bu hökumət hakimiyyətdə qalsa, evlərinə qayıdacaqlarını nəzərdə tutur”.

Marukyan əlavə edib ki, azərbaycanlıların "mülki maşınlarla" geri qayıtmasının qarşısını almaq üçün müzakirələr və bu məsələlərlə məşğul olan səlahiyyətli insanlar lazımdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol