Səhər məlumatı aldıqdan dərhal sonra Azərbaycan xarici işlər naziri, qardaşım Ceyhun Bayramova zəng etdim və başsağlığı verdim, Türkiyə olaraq nə köməklik edə biləcəyimizi soruşdum. Ceyhun Bayramov hücumu edən şəxslə bağlı fərqli informasiyaların gəldiyini, ancaq dəqiq bir məlumatın olmadığını dedi. Digər tərəfdən Türkiyədəki xarici missiyaların qorunması ilə bağlı Süleyman Soylu da mənə zəng etmişdi. Bununla bağlı əlavə tədbirlər görürük.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalındakı proqramda canlı yayımda deyib. Nazir son iki ildə ölkəmizin səfirliklərinə diqqəti çəkib:
“Son vaxtlar Azərbaycanın xarici missiyalarına hücumlar artmağa başlayıb. Son iki ildə beş dəfə hücum olub. İki dəfə Parisdə radikal ermənilər Azərbaycanın diplomatik missiyalarına hücum edib, Londonda ifratçı bir qrup səfirliyə hücum etdi, yenə Livandakı səfirliyə oradakı bəzi ermənilər tərəfindən hücum təşkil etdi. Burdan da İrana cinayətkarın dərhal tutulması üçün səslənirik. Biz hər zaman olduğu kimi, Can Azərbaycanın yanındayıq, onlara edilmiş hücum bizə edilmiş hücumdur. Dolayısı ilə əlimizdən gəldiyi qədər bu məsələlərin araşdırılmasında Azərbaycana dəstəyimiz davam edəcək. Təkrar buradan Can Azərbaycana çox keçmiş olsun deyirik, başsağlığı diləyirik. Hər zaman olduğu kimi, yanlarındayıq, Azərbaycan heç bir yerdə tək deyil”.
Aparıcının Türkiyənin bundan sonrakı mərhələdə İranla münasibətləri ilə bağlı sualına isə Mövlud Çavuşoğlunun cavabı belə olub:
“Türkiyənin mövqeyi bəllidir. Türkiyə hər şeydən öncə, Cənubi Qafqazda sülh və sabitlik istəyir. Can Azərbaycanın zəfərindən sonra Azərbaycanın sülh üçün təklifləri, Türkiyənin səmimi niyyəti ortadadır. Hər iki tərəflə normallaşma üçün fəaliyyətlər davam edir, digər tərəfdən sülh müqaviləsi Azərbaycanın təklif etdiyi kimi müzakirə olunmalı, imzalanmalıdır. Bölgənin inkişafı və həm enerji, həm logistikanın ən önəmli xətti olan xüsusilə Şərq-Qərb, Orta Dəhlizin daha da güclənməsi üçün, Ermənistanın da bundan faydalanması üçün layihələr vaxt itirilmədən yalnız həyata keçirilməlidir. Laçın dəhlizi ilə bağlı da Türkiyənin mövqeyi bəllidir. Azərbaycanın təbii sərvətlərinin illeqal bir şəkildə oğurlanıb başqa ölkələrə satılması doğru deyil. Bu məsələdə Azərbaycan dövlətinin və xalqının tədbirlər görməsi normaldır. Digər tərəfdən, bütün qonşu ölkələr buna müsbət töhfə verməlidir. Niyə biz “3+3” formatında bir yerə gələk dedik? Çünki bu bölgənin sabitliyinə, inkişafına bir yerdə töhfə verə bilərik. Burada heç kim neqativ bir rol oynamasın və Azərbaycanın da haqlı zəfərindən heç kim narahat olmasın. Nə Türkiyənin, nə də Can Azərbaycanın başqalarının torpaqlarında gözü var. Biz öz ərazi bütövlüyümüzü qoruduğumuz kimi hər kəsin ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.
Xarici işlər naziri İran dövlətinin ölkədəki səfirliklərin təhlükəsizliyinə görə məsuliyyət daşıdığını, qarşılıqlı təmaslarda hadisənin dərhal araşdırılması və səbəbkarların üzə çıxarılması məsələsini gündəmə gətirəcəklərini vurğulayıb:
“Bir də diplomatik missiyaların qorunması yerləşmə ölkələrinin məsuliyyətindədir. Vyana Anlaşması yetəri qədər açıq və səhihdir. İrandakı Azərbaycan missiyasını və digər xarici missiyaları qorumaq İranın, Türkiyədəki missiyaları qorumaq Türkiyənin vəzifəsidir. Bu müqavilə bütün dünya üçün keçərli bir qaydadır. Dolayısı ilə qonşumuz İrandan da bu cinayətin səbəbkarlarının dərhal yaxalanmasını və araşdırılmasını gözləmək ən təbii haqqımızdır. Hazırki məqamda Azərbaycanın prosesi idarə etməsi daha doğrudur. Təmaslarımız davamlıdır. İnşallah, biz də növbəti təmaslarımızda cinayətin araşdırılıb üzə çıxarılmasını dilə gətirəcəyik. Bu təbiidir, onların daxili işlərinə qarışmaq da deyil. Amma indi prosesin Azərbaycan və İran arasında birbaşa aparılması daha məntiqlidir. Əlbəttə, biz də lazımi addımları atacağıq. Heç bir ehtimalı diqqətdən kənarda buraxmaq olmaz. Dolayısı ilə bu hücumu kim, necə və hansı məqsədlə etdi sualları cinayətkarın yaxalanması və arxasındakıların üzə çıxarılması ilə bəlli olacaq. Əldə olan fərqli bilgilərin dəqiqləşdirilməsi lazımdır”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir