Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının (bundan sonra - Mühafizə alayı) komandiri vəzifəsinə təyinat həyata keçirilib. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Ədliyyə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, əmrə əsasən, Mühafizə alayının komandirinin müavini polkovnik-leytenant Bəxtiyar Məmmədov alayın komandiri vəzifəsinə təyin olunub.
"Bəxtiyar Məmmədov 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2010-cu ildə daxili işlər orqanlarında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin iyun ayından xidmətini ədliyyə orqanlarında davam etdirərək Mühafizə alayının komandirinin müavini vəzifəsinə təyin edilib", - məlumatda bildirilib.
Qeyd edilib ki, Bəxtiyar Məmmədova 2025-ci ilin sentyabr ayından etibarən Mühafizə alayının komandiri vəzifəsinin icrası həvalə edilib.
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya
- Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu
- Vəkillər Kollegiyasından bir vəkil xaric edildi
- Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?
- Prezident onu TƏBİB-in Müşahidə Şurasının sədri təyin etdi
- Prezident bu agentliyin kollegiyasını təsdiqlədi