Avropa İttifaqı və Azərbaycan arasında sazişin imzalanması ilə bağlı danışıqlar yüksək mərhələdədir.
BUTA.TV xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko yanvarın 26-da nümayəndəliyin fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş tədbirdə deyib.
Bildirib ki, Avropa İttifaqı ötən 15 il ərzində Azərbaycanda ümumi büdcəsi 225 milyon avrodan çox olan 400 layihə həyata keçirib. Bu layihələr müxtəlif sahələri, o cümlədən iqtisadiyyat, vətəndaş cəmiyyəti, təhsil və ərzaq istehsalı sahələrini əhatə edir.
P.Mixalko vurğulayıb ki, yaşıl enerji sahəsində və Qaradənizdə yüksəkgərginlikli sualtı elektrik xətti layihəsi əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. Bildirib ki, Avropa İttifaqı alternativ enerji mənbələri, rəqəmsal keçid, müasir texnologiyaların bütün sahələrdə istifadəsi, orta və kiçik biznesin dəstəklənməsi, kənd təsərrüfatının inkişafı, “Ağıllı şəhər” layihəsinin reallaşdırılmasına dəstək məqsədilə Azərbaycana yeni dəstək paketi təqdim edib.
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı