“Mənim üçün İmam Hüseyn atamdan, anamdan, nəslimdən artıqdır” - Ağamirzə

04:16 - 25 Yanvar 2023 - MAQAZİN

 “Mənim üçün İmam Hüseyn atamdan, anamdan, nəslimdən artıqdır” - Ağamirzə

“Dədə-babadan görmüşük ki, Məhərrəmlik gələndə iki ay insanlar yas saxlayıb. İndi də bunu davam etdirməlidirlər”. 

Bu sözləri “Yeni Sabah”a meyxanaçı Ağamirzə Məhərrəm ayı haqda danışarkən deyib.

O bildirib ki, bu iki ayda şadlıq məclisləri keçirənlərə pis baxmır, amma məsləhət də görmür:

“Məhərrəm ayında Bakı kəndlərinin camaatı demək olar ki, şənlik keçirmir. Qonaq qismində harasa gedib Allah buyurduğundan söhbətləşmək olar. Məni bir-iki yerə dəvət ediblər, amma getməmişəm. Dədə-babadan görmüşük ki, bu iki ayda insanlar yas saxlayıb. İndi də bunu davam etdirməlidirlər. Onlar gərək əza saxlayıb namaz qılsınlar. Məni Məhərrəm ayında şadlıqlara dəvət edən şəxslərə qarşı münasibətim dəyişməyib. Arada da heç bir inciklik olmayıb. Məni toy-büsat məsclislərinə dəvət edəndə də imkan qədər bu ayda belə şeylərin olmamalı olduğunu diqqətə çatdırmışam. İnsanlar müxtəlifdir. Hər bir şəxsin öz fikri var. Bu ayda şənlik məclisləri keçirənlərə pis baxmır, amma məsələhət də görmürəm. Çünki peyğəmbərimizin nəvəsinin şəhid olduğu aydır. Bundan başqa da, mən eşitdiyimə görə, hətta imamız şəhid olmamışdan əvvəl də Məhərrəm ayında şənlik etməyiblər. Mən məsləhət görərdim ki, bu iki ayda insanlar səbr eləsinlər. Doğmamız öləndə necə pis oluruqsa, bu ayda da elə olmalıyıq. Mənim üçün İmam Hüseyn atamdan, anamdan, nəslimdən də artıqdır. Özümdən isə milyard dəfə öndədir. Kim bu ayda əza saxlasa, imam Hüseyn borclu qalmaz,. Allah əvəzini verər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol