Nazirlər Kabinetinin 21.01.2023-ci il tarixli 18 saylı qərarı ilə minik avtomobillərinin sürücüdən arxada yerləşən yan şüşələrinə, yük yerinin yan və arxa şüşələrinə plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına icazə verilir.
BUTA.TV xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov qeyd edib.
O, bu şüşələrə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddinin məhdudlaşdırılmadığını bildirib:
“Yəni həmin şüşələrə istənilən hündülükdə plyonka çəkilə və jalüz quraşdırıla bilər. Ancaq minik avtomobillərinin göstərilən şüşələrinə pərdə asılması, qabaq qapıların şüşələrinə və alın şüşəsinə də hər hansı örtük çəkilməsi nəzərdə tutulmur. Yalnız alın şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında, günlüklər nəzərdə tutulmadıqda isə 15 sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir”.
Qeyd edək ki, sözügedən qərar 30 gündən sonra - təxminən 21 fevraldan qüvvəyə minəcək.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir