Rusiya Ukraynaya görə yolların tikintisindən imtina etdi

19:48 - 23 Yanvar 2023 - GÜNDƏM

 Rusiya Ukraynaya görə yolların tikintisindən imtina etdi

Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda hərbi büdcəni doldurmaq üçün ölkə daxilindəki yolların tikintisindən imtina edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, beşillik plan büdcə haqqında qəbul edilmiş qanun əsasında obyektlərin “prioritetləşdirilməsi” nəzərə alınmaqla dəyişdirilib.

Sənədə əsasən, Rusiya Federasiyasında federal avtomobil yollarının tikintisi və yenidən qurulması xərcləri 2,5 dəfə - 449 milyard rubldan 174 milyard rubla qədər azaldılıb. Federal Avtomobil Yolları Fondundan bölgələrə köçürmələr 14% azalaraq 375-dən 324 milyard rubla enib. Nəqliyyat sisteminin inkişafı üzrə dövlət proqramı çərçivəsində ümumi xərclər 26% - 1,653 trilyon rubldan 1,229 trilyon rubla qədər azaldılıb.

Eyni zamanda, rus ordusuna xərclər keçən il qəbul edilmiş büdcə qanunu ilə müqayisədə təxminən 1,5 dəfə artırılaraq 5 trilyon rubla çatdırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol