"AzerGold" adından fişinq hücumları həyata keçirilir

17:22 - 23 Yanvar 2023 - GÜNDƏM

Son günlər AzerGold QSC-nin adından istifadə etməklə yenidən saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir.

Bu barədə BUTA.TV-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, qurumun əmtəə nişanından istifadə etməklə insanlar müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə müxtəlif “investisiya” layihələrinə dəvətlər edilir.

"Dövlət şirkətinə olan etibardan, həmçinin səhmdar cəmiyyətinin işgüzar nüfuzundan sui-istifadə etməklə həyata keçirilən kibercinayət aktları vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək niyyəti ilə həyata keçirilir. “AzerGold”un fəaliyyəti, həmçinin investisiya layihələri ilə bağlı məlumatları şirkətin informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün təqdim edilən keçidlərə daxil olmamağı tövsiyə edirik", - deyə məlumatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol