Səhiyyə naziri dərman qıtlığından danışdı

10:52 - 20 Yanvar 2023 - GÜNDƏM

 Səhiyyə naziri dərman qıtlığından danışdı

Səhiyyə Nazirliyinin rəsmiləri də Şəhidlər Xiyabanını ziyarət edib.

BUTA.TV xəbər verir ki, şəhidlərin xatirəsini yad edən Səhiyyə naziri Teymur Musayev jurnalistlərin suallarını cavablandırıb.

Nazir son vaxtlar gündəm olan dərman qıtlığı və dərman qiymətlərinin süni artırılması məsələsinə diqqət çəkib. O qeyd edib ki, hazırda ölkədə kəskin dərman qıtlığı yoxdur:

Nazirin sözlərinə görə, dərman istehsalında istifadə olunan xammalın qiymətinin artması nisbətən qiymət artımına gətirib çıxarıb:

"Ancaq bu sahə daim nəzarətdədir. Bildiyiniz kimi, dərmanlara qiymətləri Tarif Şurası təyin edir və qiymətlər qaydalara uyğun tənzimlənir. Əgər qiymətlərin süni şəkildə artırılma hallarına vətəndaşlar şahid olsa, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib, məlumat verə bilərlər. Bununla məşğul olan müvafiq qurumlar var, mütəmadi monitorinq keçirilir".


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol