Rio-de-Janeyrodakı “Marakana” stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu, braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə şəhərin meri Eduardo Paes Tvitter hesabında məlumat verib.
“Marakananı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq, fərman sabah dərc olunacaq", - mer yazıb.
Qeyd edək ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı dünya çempionatında üç dəfə qalib gələn yeganə oyunçudur.
- Hər kəs bir dəfə də olsa, oraya getmək istəyir... - Fotolar
- “Casus” demişdilər - Baş nazir oldu
- Qurbanlıq heyvanlar neçəyədir? - Video
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- Sənan Əsədzadə Misirdə saxlanıldı
- BMT baş katibinin müavini "ASAN xidmət"də...