FİFA-nın hansısa stadiona Pelenin adının verilməsi ilə bağlı müraciətindən sonra AFFA-da bu məsələ müzakirə olunacaq.
BUTA.TV xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev FİFA prezidenti Canni İnfantinonun Pelenin dəfn mərasimində bütün ölkələrdə ən azı bir stadiona mərhum braziliyalının adının verilməsi üçün müraciət edəcəkləri ilə bağlı dediyi fikirlərə münasibət bildirərkən Report-a açıqlamasında deyib.
Milli assosiasiya rəsmisi bunun üçün ali futbol qurumundan rəsmi məktub gözlədiklərini söyləyib:
“FİFA prezidentinin həmin açıqlamasından xəbərdarıq. Canni İnfantino federasiyalara müraciət edəcəklərini bildirib. Lakin bu məsələ hələ ki, AFFA-ya rəsmi qaydada daxil olmayıb. Hazırda rəsmi müraciəti gözləyirik. Ondan sonra AFFA daxilində müzakirə olunacaq və bunun nəticəsi ilə bağlı icitmaiyyəti məlumatlandıracağıq”.
Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən il dekabrın 29-da vəfat edib.
- Hər kəs bir dəfə də olsa, oraya getmək istəyir... - Fotolar
- “Casus” demişdilər - Baş nazir oldu
- Qurbanlıq heyvanlar neçəyədir? - Video
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- Sənan Əsədzadə Misirdə saxlanıldı
- BMT baş katibinin müavini "ASAN xidmət"də...