“Evimi necə qızdırım, yemək necə bişirim, isti sudan necə istifadə edim?” - Natiq Cəfərli

08:54 - 3 Yanvar 2023 - CƏMİYYƏT

 “Evimi necə qızdırım, yemək necə bişirim, isti sudan necə istifadə edim?” - Natiq Cəfərli

“Dövlət adlanan institut qədimdən bu günə funksional olaraq çox dəyişməyib: Dövlət vətəndaşlara xidmət etmək, bəlli qaydalar, sonradan qanunlarla ictimai, siyasi, iqtisadi münasibətləri tənzimləmək, bəlli “oyun qaydaları” təsis etmək üçün yaranmış insitutlar toplusudur. Dövlət öz üzərinə götürdüyü öhdəlik, güc və qaydaları başqa bir institutlarla, şəxslərlə paylaşmırsa, göstərdiyi xidmətlərin alternativi, vətəndaşlar üşün seçim imkanları yoxdursa, mütləq qaydada öz funksiyalarını yerinə yetirməklə mükəlləfdir. Bir az uzaqdan başladım ki, üzləşdiyim problemin fəlsəfi təməlini də qalstuklu müəllimlərə izah edim: Evdə qaz sayğacı smartkartla işləyir, dünən sayğaca baxdım, qazın az olduğunu gördüm, smartkartı yükləmək istədim və məlum oldu ki, kart itib, axtarmadığımız yer qalmadı, tapa bilmədik. Çox güman, bu gün qaz bitəcək, deməli, bir tək qaz kəsilməyəcək, həm də kombi işləməyəcək, ev soyuyacaq, isti su olmayacaq. Dünən “ASAN Kommunal”ın “qaynar xətt”inə zəng etdim, avtomat cavab verdi ki, 31 dekabr-5 yanvar arası xidmət göstərilmir. “ASAN Xidmət”in facebook səhifəsinə yazdım, cavab yoxdur. Mən, vətəndaş kartı itirə bilərəm, bundan heç kəs sığortalanmayıb, yaxşı bəs alternativ olmayan bir xidmət 5-6 gün çalışmırsa, belə vəziyyətlərdə vətəndaş nə etməlidir?! Zatən Azərqaz məntiqsiz olaraq, qanunla tənzimlənmədən öncədən məndən işlətmədiyim qazın da pulunu alır, yəni, mən smartkartla sayğaca 50 manat yükləyib bunu SONRA işlədirəm, “Azəriqaz” məndən qabaqcadan pul alır, faktiki depozit götürür məndən, əvəzində isə heç nə təklif etmir. Düşünün ki, mağazaya gedib kartof almaq istəyirsiniz, mağaza sizə deyir ki, 30-40 günə işlədəcəyin kartofun pulunu qabaqcadan ver və buna görə heç bir endirim, xüsusi təklif səsləndirmir. Yaxşı, sayğac qoyub qaz satan dövlət idarəsi ilə, tərəzi qoyub kartof satan arasında məntiqlə heç bir fərq yoxdur axı, bəs niyə qazın pulunu qabaqcadan alırlar, amma heç bir güzəşt tədbiq etmirlər, hələ bir qaz istehlakına limit də quyublar, belə də qaydalar olar?!”

BUTA.TV-nin xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Hörmətli “ASAN Xidmət”, sizdən başqa heç bir alternativ qurumdan ala bilmədiyim xidməti bayram günlərində necə alım?! Problemimi necə həll edim?! Gözləyim ki, ayın 5-də işə çıxıb yeni kart verəcəksiniz?! Bəs mən 3 gün evimi necə qızdırım, yemək necə bişirim, isti sudan necə istifadə edim?! Belə bir vəziyyətin yaranma ehtimalı üzərindən xidmətinizi qurmalısınız, çünki dövlət dediyimiz institut vətəndaş üçündür!” – N.Cəfərli qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol