“Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin Yeni il bayramı ərəfəsində gəzintidə ona yaxınlaşıb kaset verən Vasif Talıbovun bacısının qudasıdır”.
BUTA.TV-nin xəbərinə görə, bunu jurnalist Aygün Muradxanlı bildirib.
“Əcəba, eks-xan prezidentin səlahiyyətli nümayəndəsinə nə mesaj göndərib? Naxçıvan əhalisi Fuad Nəcəflinin Talıbov kadrları ilə bunca əhatələnməsindən razı deyil. “Azər Zeynalov hər işə müdaxilə edir, Fuad Cəfərliyə kim yaxın gələ bilər, kim gələ bilməz, qərarları Azər verir. Üstəlik Vasifin sürücüsü və köməkçisi indi Fuad Nəcəfliyə ayrılıb. Heç olmasa, bu şəxslər onun öz etibarlı adamları olaydı… Səlahiyyətli nümayəndə Azər Zeynalov başda Naxçıvana leş kimi dadanan bu qarğa-quzğunları təcili bolk etməsə, sabotajları yığıb-yığışdırmaq mümkün olmayacaq” - Naxçıvana, xan iqtidarına bələd olan bir dostumuz deyir bunları. Kaset isə doğrudan da ilginc məsələdir…” – A.Muradxanlı qeyd edib.
- Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
- Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu
- Metroda interval 13 dəqiqəyə qədər artdı
- Qaradağda tarixi-mədəni abidələrə ziyan vuranlar saxlanıldı
- Tabutumu azərbaycanlı gənclər daşısın... - Davudoğlu
- İlham Əliyev, indi bu adı deməyi sevirəm - Tramp
- Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev
- Azərbaycanlıların İrəvana getməsi erməniləri təşvişə saldı