Bakıda “Rənc Rover”dən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Kult.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Rənc Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.
Qeyd edək ki, pul oğurlanan avtomobil tanınmış müğənni Nəfəsə məxsusdur. O, bu barədə sosial şəbəkə hesabında məlumat vermişdi.
- Tabutumu azərbaycanlı gənclər daşısın... - Davudoğlu
- İlham Əliyev, indi bu adı deməyi sevirəm - Tramp
- Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev
- Azərbaycanlıların İrəvana getməsi erməniləri təşvişə saldı
- Azərbaycanlı xanımın gürcü baş nazirə dəhşətli məktubu...
- Saxta kampaniyalarla bağlı vətəndaşlara - Xəbərdarlıq
- Nazirdən əmr: Məmmədov komandir təyin edildi
- Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı