Naxçıvanın yeni DİN rəhbəri rəislərə tapşırıqlar verdi

14:34 - 2 Yanvar 2023 - GÜNDƏM

 Naxçıvanın yeni DİN rəhbəri rəislərə tapşırıqlar verdi

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov qəbula gələn vətəndaşların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib.

Bu barədə BUTA.TV-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qəbul üçün müraciət edən vətəndaşlar muxtar respublikanın daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov tərəfindən qəbul edilir.

Qeyd olunub ki, bütün müraciətlər diqqətlə yoxlanılır, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülür. Qəbula gələn 159 vətəndaşı dinləyən S.Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib:

Bu xəbər hal-hazırda çox oxunur
COP29-da tarixi qərar qəbul olundu

"Müraciətlərin əksəriyyəti yerində həllini tapıb. Elə müraciətlər var ki, araşdırma tələb edir. Həmin araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcək".

Məlumatda vurğulanıb ki, muxtar respublikanın daxili işlər naziri vətəndaş qəbullarını davam etdirir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol