Azərbaycanın milli fəalı Əli Əfsər Şahbazinin qızı S.Şahbazi bir neçə gün öncə vəfat edən atasının vəziyyəti ilə bağlı İnstaqram hesabında paylaşım edib.
BUTA.TV həmin paylaşımı təqdim edir:
“Qarabağın işğaldan azad olunduğu gün evdə Azərbaycan marşını (Azərbaycan Respublikasının dövlət himnini) yüksək səslə səsləndirib, ayağa qalxıb, göz yaşı töküb. O, qışqıraraq bizə nitq söylədi və dedi: Azərbaycanın şəhidləri bizim şəhidlərimizdir, onun düşmənləri bizim düşmənimizdir, əbədi. O, bir gün ana dilimizdə yazıb-oxuyacağımıza əmin idi və o günə həvəslə, ümidlə baxırdı. O, Ərdoğana heyran olub. Xəstəliyinin ortasında dedi: Sevgimi (Ərdoğanı) görsəm, ayağa qalxaram və bədənimdə ağrı qalmaz. Onu həyəcanlandıran Ərdoğanın 44 günlük müharibədə Azərbaycanı hədələyənlərə cavab olaraq dediyi cümlə oldu: “Sən gəl, biz də gəlirik. Azdan az, çoxdan çox gedər”...
O, həm işləyərkən, həm də istirahət zamanı təhlil edib yazılar yazır, yorulmazdı. Deyəsən, Azərbaycan və türk milləti sevgisi onun bədəninə, ruhuna yorğunluğun, ümidsizliyin girməsinə imkan verməyib. Atamın böyük insan Ərdoğanla bağlı yazdığı “Şuşaya ithaf” başlıqlı məqaləsində “Ərdoğan da Allahın yaratdığıdır, o da xəstələnəcək, qocalacaq, dünyadan gedəcək. Amma getmək var getmək var…”
Bu yazıda atamın gələcəyini proqnozlaşdırdığını görürük. Sağlamlığını Azərbaycan və türk milləti, xalqı üçün fəda edən insan… Dünyaya gözünü yumsa da, tarix atamı unutmaz... Getmək var, getmək var...
Və nəhayət, onun vəsiyyəti:
“Qəbrimin üstünə Azərbaycan bayrağını qoyun ki, rahat yatım”.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır