2023-cü ilin avqustuna qədər Ukrayna Krımı geri alacaq.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, belə bir fikri ABŞ ordusunun keçmiş generalı Ben Hodcs “Deutsche Welle” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın ilhaq etdiyi yarımadaya yalnız iki yol gedir:
"Biri artıq ciddi zədələnmiş Kerç körpüsündən keçir. İkincisi isə Mariupol və Melitopoldan keçən və bu yaxınlarda ukraynalıların da vurduğu quru körpüsüdür".
Bununla belə, Hocsun sözlərinə görə, ukraynalılar üçün qələbə paradını planlaşdırmaq hələ tezdir.
"Çünki ruslar bu münaqişənin davam etməsi ümidi ilə mülki hədəflərə hücumlarını davam etdirəcəklər”, - deyə, amerikalı general söyləyib.
- Hər kəs bir dəfə də olsa, oraya getmək istəyir... - Fotolar
- “Casus” demişdilər - Baş nazir oldu
- Qurbanlıq heyvanlar neçəyədir? - Video
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- Sənan Əsədzadə Misirdə saxlanıldı
- BMT baş katibinin müavini "ASAN xidmət"də...