Oktaybr ayında prezident seçkilərində məğlub olan Braziliya Prezidenti Jair Bolsonaru yeni hökumətin qurulmasına iki gün qalmış ABŞ-a qaçıb.
BUTA.TV xəbər verir ki, CNN Brasil məlumat yayıb.
Bolsonarunun olduğu təyyarənin Floridaya uçduğu bildirilib.
Məlumata görə, siyasətçi vəkillərinin tövsiyəsi ilə məhz ABŞ-a gedib.
Xatırladaq ki, Braziliyada keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silva 50,8% səslə ölkə prezidenti seçilib.
Əlavə edək ki, Braziliya konstitusiyasına əsasən, normal şərtlərlə hakimiyyətin təhvil verilməsi yanvarın 1-də həyata keçirilməlidir.
- “Casus” demişdilər - Baş nazir oldu
- Qurbanlıq heyvanlar neçəyədir? - Video
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- Sənan Əsədzadə Misirdə saxlanıldı
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq