“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı”...

13:42 - 26 May 2026 - GÜNDƏM

 “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı”...

Fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” Marketlər şəbəkəsi “Qonşuluqda 10 iz” silsilə KSM layihələri çərçivəsində növbəti sosial təşəbbüsünü həyata keçirib.

Müqəddəs Qurban bayramı münasibətilə baş tutan “Qonşu payı” təşəbbüsü çərçivəsində şəhid ailələri, aztəminatlı ailələr və sağlamlıq imkanları məhdud olan şəxslər ziyarət edilib. Ziyarət zamanı ailələrə bayram sovqatı olaraq ərzaq qutuları və “OBA” hədiyyə kartları təqdim olunub.

Layihənin əsas məqsədi bayramın paylaşma, birlik və həmrəylik dəyərlərini yaşatmaq, eyni zamanda sosial həssaslığı ilə seçilən qonşularımızın yanında olmaqdır.

“Qonşularımız bizim üçün hər zaman qayğını, paylaşmağı və birliyi yaşatdığımız ən dəyərli bağdır".

Bu xəbər hal-hazırda çox oxunur
Bu telekanal Elşad Miriyə qadağa qoydu - Səbəb

Ölkənin dörd bir yanında 1800-dən çox mağazası ilə müştərilərə yorulmadan xidmət göstərən “OBA” Marketlər şəbəkəsi bundan sonra da 10 illik fəaliyyəti çərçivəsində cəmiyyətə fayda verən sosial layihələri davam etdirəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol