Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində yeni hökm çıxarılıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Tural Musayevin sədrliyi ilə xüsusi ittihamçı Rüfət Nigar Rüfət qızının şikayəti əsasında Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.
O, aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul vəsaiti tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Kosmetoloq Elnarə Ramiz qızı Rzayeva bundan əvvəldə mühakimə olunub. Onun barəsində amnistiya aktının tətbiqi ləğv edilib, onun barəsində 10 ay müddətinə islah işləri cəzası qüvvədə saxlanılıb. Yeni hökmə əsasən, Elnarə Rzayevanın barəsində olan əvvəlki hökmlə hazırkı cəza birləşdirilib, ona qəti olaraq 1 il müddətinə islah işləri cəzası təyin olunub.
Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı təhqir və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəməyə veriblər.
- Bayram günləri hava necə olacaq?
- SİMA rəqəmsal imza “Birbank”da!
- Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
- Bulvarda gənc qıza qarşı zorakılıq - Anbaan video
- Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - Video
- Sabah 30 dərəcə isti olacaq
- Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı - Video
- Azərbaycanda 7 dövlət qurumu ləğv olundu