Mayın 14-ü Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda baş vermiş dəhşətli avtomobil qəzasında həlak olan 8 nəfərdən dördü dünən dəfn edilib.
“BUTA.TV” Aktual.ge-yə istinadən xəbər verir ki, meyitləri tanınmaz halda olan gənclərdən 4-nün nəşi mayın 22-si ailələrinə təhvil verilib.
Məhkəmə ekspertizası onların şəxsiyyətini dəqiqləşdirdikdən sonra cənazələr Tbilisidən gənclərin yaşadığı kəndə gətirilib və musiqi sədaları altında dəfn edilib.
Qeyd edək ki, “BMW” markalı avtomobilin sürətlə hərəkətdə olarkən aşaraq yanması nəticəsində 7 gənc hadisə yerində, 1 nəfər isə Rustavi şəhərindəki xəstəxanada ölüb. Onların hamısı azərbaycanlı olub. Vəfat edənlər arasında 4 qardaş (2 ailənin övladları) da olub.
- Qazaxıstanlı general Azərbaycana gəldi - Foto
- Oğlunun toyuna getməkdən imtina etdi - İrana hücum üzərində işləyir
- Samir Qəniliyə yüksək vəzifə verildi - Foto
- Metro və avtobuslarda aylıq və illik bilet paketləri olacaq - Video
- Bu şəxslərə 37,1 mln. manat ödənilib
- Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - Açıqlama
- Sabah 28 dərəcə isti olacaq
- Masazırda ağır qəza: Sərnişin belə xilas edildi - Video