Şərif Universiteti Urmiya gölünün bərpası layihəsini öz üzərində götürəndə göldə olan suyun miqdarı indikindən daha çox idi.
BUTA.TV xəbər verir ki, bunu İranın Şərif Universitetinin rektoru, ekoloq Məsud Təcrişi deyib.
“Həmin dövrdə çaylar və bəndlərdən Urmiya gölünə nəzərdə tutulan illik su payı buraxılırdı, indi isə bu dayandırılıb. Gölün ətrafında çox su aparan məhsullar əkilir və bu da ekoloji vəziyyətin ağırlaşmasında əhəmiyyətli dərəcədə rol oynayır”, - Təcrişi bildirib.
Ekoloq Urmiya gölünün bərpası ilə bağlı təbliğatların həqiqəti əks etdirmədiyinə işarə edib.
Qeyd edək ki, maksimum tutumu 32, orta tutumu isə 15 milyard kubmetr olan Urmiya gölündə hazırda suyun miqdarı 3.5 milyard kubmetrdir.
- 23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz
- Anar Əliyev Xankəndidə vətəndaşları qəbul etdi
- Bakı-Tiflis-Bakı qatarında ödənişsiz baqaj limiti açıqlandı
- Anar Əsədliyə hökm oxundu
- "Kristal" WUF13-də dayanıqlı şəhər gələcəyini təqdim etdi
- “Azərsun Holdinq” növbəti dəfə bu mükafatı qazandı
- WUF13-ün bağlanış mərasimi keçirilir - Canlı
- Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi