Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?

12:00 - 14 May 2026 - GÜNDƏM

 Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyevin sərəncamı ilə Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

BUTA.TV xəbər verir ki, Ağakərim Səmədzadə uzun müddət Azərbaycan Ədliyyə Nazirliyində çalışıb. O, Nazirliyin İnformasiya və kommunikasiya texnologiyaları (sonradan İnformasiya Texnologiyaları və İnnovasiyalar) idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Mətbuatda əsasən elektron notariat, rəqəmsal hökumət, onlayn məhkəmə və elektron xidmətlərlə bağlı açıqlamaları ilə tanınıb.

Ağakərim Səmədzadənin 2024-cü ildə onun Ədliyyə Nazirliyindəki vəzifəsindən azad edildiyi barədə xəbərlər yayılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol