Pediatriya və Endokrinoloji mərkəzlərə yeni direktorlər təyin olundu

13:45 - 13 May 2026 - GÜNDƏM

 Pediatriya və Endokrinoloji mərkəzlərə yeni direktorlər təyin olundu

Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Erkin Rəhimov təyin olunub.

Bu barədə BUTA.TV-a TƏBİB-dən məlumat verilib.

O, 2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiri olub.

Həmçinin Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə isə Dinar Qəhrəmanova təyin edilib.

Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Fərəh Qaraqurbanlı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə Tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Əhmədova təyin olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol