İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR

22:52 - 9 May 2026 - HADİSƏ

 İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR

Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı ailə üzvlərinin səsləndirdiyi iddialar ictimai rezonans doğurub.

Belə ki, 08.05.2026-cı il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi, Ordubadi küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin həyətində intihar hadisəsi qeydə alınıb. Yaxınlarının Patrul.az-a verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Məmmədov Cəmil Baxış oğlu yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarından özünü kəndirlə asaraq həyatına son qoyub. Hadisənin təxminən saat 18:00 radələrində baş verdiyi bildirilir.

BUTA TV xəbər verir ki, mərhumun ailə üzvləri hadisədən əvvəl baş verən müəyyən proseslərin Cəmil Məmmədovun psixoloji durumuna ciddi təsir etdiyini iddia edirlər.

Mərhumun anasının sözlərinə görə, yaşadıqları küçədə demək olar ki, bütün evlərin həyəti daş hasarla əhatə olunsa da, onların evinin bir hissəsində hasarın hündürlüyü az olub və həyətin içi küçədən görünürmüş. Bu səbəbdən Cəmil Məmmədov həyətin hasarının bir qədər qaldırılması üçün addım atıb və hasar təxminən 5-6 daş hündürlüyündə artırılıb.

Ailə iddia edir ki, həmin iş üçün onlardan ümumilikdə 3500 manat pul alınıb. Lakin onların sözlərinə görə, hasarın tikilməsindən təxminən bir ay sonra Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə texnika ilə gəliblər. Hadisə zamanı evdə yalnız mərhumun anasının olduğu bildirilir.

Ananın sözlərinə görə, icra nümayəndələri evə aid sənədləri tələb etdikdən sonra hasarı tamamilə sökərək ərazidən uzaqlaşıblar. O bildirib ki, oğlu işdən qayıtdıqdan sonra həmin mənzərə ilə qarşılaşıb və bundan sonra ağır psixoloji sarsıntı keçirib.

“Bir gün belə rahat yatmadı. Nə qədər sakitləşdirməyə çalışsam da, bunu öz qüruruna toxunan hadisə kimi qəbul edirdi. Deyirdi ki, bizi hamının içində alçaltdılar”, – deyə mərhumun anası bildirib.

Ailə üzvləri hesab edir ki, baş verən hadisələr və hasarın sökülməsi Cəmil Məmmədovun psixoloji vəziyyətinə mənfi təsir göstərib və nəticədə faciəyə səbəb olub. /Patrul.az

“Bizdən həm pul aldılar, həm hasarımızı uçurdular, həm də cavan oğlumun ölümünə səbəb oldular”, – deyə mərhumun anası göz yaşları içində bildirib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

media-e4050807-a7ff-40f6-8018-102acf3c7315media-423c9800-7ccd-4e09-8b13-7f14ff965c4amedia-59853208-221c-4601-ac63-a9845d1cececmedia-e6c1e8c9-1ca2-4047-981d-ac1946adf5f4


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol