Özünü vəkil kimi təqdim edib dələduzluq əməlləri törətməkdə ittiham edilən şəxs həbs olunub.
BUTA.TV xəbər verir ki, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə təqsirli bilinən Fuad Əliyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, F.Əliyev özünü vəkil kimi təqdim edərək bir nəfər zərərçəkəni işlə təmin edəcəyinə dair ona yalan vəd verib. Vətəndaş onun dediklərinə inanaraq F.Əliyevə 6350 manat verib. Araşdırma zamanı özünü vəkil kimi təqdim edən həmin şəxsin digər hüquqi yardımlar adı altında “xidmətlər” göstərdiyi və insanların etibarından sui-istifadə edərək çoxsaylı dələduzluq əməlləri etdiyi də müəyyən edilib.
F.Əliyevə ittiham elan edilərək o, cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”