Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan

12:03 - 9 May 2026 - SİYASƏT

 Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan

İrəvanda Avropa Siyasi Birliyinin sammiti və orada Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı avantüra idi.

BUTA TV xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun baş nazirliyə namizədi, sabiq prezident Robert Köçəryan Eçmiədzində seçki təşviqatı kampaniyası çərçivəsində keçirilən mitinqdə çıxışında deyib.

O, sözügedən sammitdə səsləndirilən fikirlərin “təxribat” xarakterli olduğunu bildirib.

Köçəryan hesab edir ki, belə bir “təxribat”ın məqsədi Avropanın dəstəyini qazanmaqdır ki, onlar ölkədə baş verənlərə göz yumsunlar.

Siyasətçi həmçinin müxalifətin Ermənistanda hakimiyyətə gələrsə, payızın əvvəlində Azərbaycanla yeni müharibə olacağı barədə verdiyi açıqlamalara da toxunub. Blok lideri bu kimi söyləntiləri gündəmin olmamasının əlaməti hesab edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol