Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları çağrı xidmətlərinin “108” Çağrı Mərkəzində təşkili məqsədilə müvafiq məlumatları (sənədləri) 3 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməli və qoşulma ilə bağlı digər zəruri tədbirlər görməlidirlər.
BUTA.TV xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər öz vəsaitləri hesabına (fəaliyyətlərindən əldə olunan gəlirlər nəzərə alınmaqla) 5 ay müddətində çağrı mərkəzlərini yaratsınlar və ya müqavilə əsasında çağrı xidmətlərinin göstərilməsini təşkil etməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
- Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çağrı xidmətlərinin “108” Çağrı Mərkəzi vasitəsilə göstərilməsini təmin etməli;
-“108” Çağrı Mərkəzinin maddi-texniki təminatı üçün zəruri olan maliyyə vəsaiti ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyi Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
- DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb
- “Yeni Klinika”nın direktoru işdən çıxarıldı
- Əvvəlki iş yerindən 25 minlik oğurluq etdi, saxlanıldı
- Bakı metrosunda generatorlar niyə işə düşməyib?
- Göygöldə faciə: Evinin həyətində yıxıldı, öldü