İntensiv yağışlar davam edir

21:28 - 5 Aprel 2026 - GÜNDƏM

 İntensiv yağışlar davam edir

Milli Hidrometeorologiya Xidmətinin aprelin 5-i saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlədə yağıntılar intensiv və güclüdür, dağlıq ərazilərdə qar yağır.

Xidmətdən BUTA.TV-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahbuz, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Xaçmaz, Xaltan, Şabran, İmişli, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Yardımlıda arabir yağış, Qusar, Şahdağ, Xınalıq, Daşkəsəndə isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Xızıda saniyədə 21, Bakıda və Abşeron yarımadasında eyni zamanda Quba (Qrız), Naftalanda 20, Goranboyda 19, Daşkəsən, Şabranda 18, Şəmkir, Tovuz və Gəncədə 16 metrədək güclənir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol