Dünya səyyahları Laçında - Foto

10:36 - 27 Mart 2026 - GÜNDƏM

 Dünya səyyahları Laçında - Foto

“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Laçın şəhəri olub.

BUTA.TV xəbər verir ki, Laçın səfəri zamanı səyyahların “Yurd Qalareyası”, həmçinin “Gilabi Ceramics” mərkəzi ilə və yerli sakinlər tərəfindən hazırlanan əl işləri ilə tanış olacaqlar. Səfər çərçivəsində şəhər turu və burada yaradılan şərait, bərpa-quruculuq işləri ilə tanışlıq da nəzərdə tutulub.

2 günlük səfər çərçivəsində budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.

“NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu xəbər hal-hazırda çox oxunur
Ötən gün Azərbaycanda 40 nəfər saxlanıldı

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol