Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

18:48 - 23 Fevral 2026 - HADİSƏ

 Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

Hüquqşünas Müşfiq Abbasov inzibati qaydada həbs olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, Müşfiq Elman oğlu Abbasov barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 23 fevral tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol