İranın Yol və Şəhərsalma naziri xanım Fərzanə Sadiq Bakıya gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
İran İslam Respublikasının Yol və Şəhərsalma naziri xanım Fərzanə Sadiq, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak etmək məqsədilə, nazirliklərin, iqtisadi qurumların və ölkəmizin özəl sektorunun nümayəndələrindən ibarət nümayəndə heyətinə rəhbərlik edərək Bakıya səfər etmişdir.
Xanım Sadiq Bakıya gəlişi zamanı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, eləcə də İran İslam Respublikasının Azərbaycandakı səfiri tərəfindən qarşılanmışdır
Səfər çərçivəsində xanım Sadiq Birgə Komissiyanın iclasında iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirəcəkdir.
Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir.
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi