Bu il rezidentura imtahanları elektron formada olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə məlumat verib.
Onun sözlərinə görə, ötən il vətəndaşlara 13 milyon elektron xidmət göstərilib, 300-dən çox imtahan keçirilib.
Sədr qeyd edib ki, hər imtahanda nəzarətçilər, imtahan rəhbərlərinin böyük rolu var:
"2000-3000 marker müəllim yazı işlərini yoxlayır. Nəzarətçi müəllimdən imtahan rəhbəri seçiləndə mütləq sertifikasiyadan keçmə prosesinə baxılır. Nəzarətçi müəllimlər bilməlidir ki, imtahanlar artıq elektronlaşdırılır. Nəzərdə tutulur ki, bu il rezidenturaya imtahan prosesi tam rəqəmsallaşdırılsın".
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
- DSX-nin V sinfinə qəbul imtahanı keçirildi