Amerikalı maliyyəçi Ceffri Epşteyn ətrafında yaranmış qalmaqal fonunda onun Azərbaycana gəlməsi və guya xarici işlər naziri kimi mənimlə görüşməsi tamamilə absurddur.
BUTA.TV xəbər verir ki, bu sözləri Teleqraf-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Epşteyn” məsələsi ilə bağlı haqqında səslənən iddialara cavab verərkən deyib.
“ABŞ-dan Azərbaycana yüksək səviyyəli məmurlar, konqres üzvləri gəldikdə mənim vəzifəm ondan ibarət idi ki, onlarla görüşüb, ölkəmizin mövqeyini onlara çatdırım. Bu təbii bir məsələdir. Onlar xahiş edirlər, nazir kimi də mən də qəbul edirdim”, - deyə sabiq nazir bildirib.
Elmar Məmmədyarov Epşteynlə görüşmədiyini, onu tanımadığını, Azərbaycana gəlməsindən xəbərsiz olduğunu söyləyib:
“Bu gün öyrəndim ki, belə bir şey olub. Jurnalistlər də soruşdu. Dedim siz bilirsiniz ki, dəqiq odur? Guya gəlib bulvarda şəkillər paylaşıb, Bakını tərifləyib və s. Amma mənim bunlardan xəbərim olmayıb. Hətta jurnalistlərə dedim ki, bəlkə xəbəri Dövlət Sərhəd Xidmətindən dəqiqləşdirək? Doğrudanda o bizim sərhədi keçib ya, yox? Çünki nazir kimi mən onu qəbul etməmişəm. Burada səviyyə məsələsi də var axı, Epşteyn kimdir ki, hansısa ölkənin xarici işlər naziri onu qəbul etsin?”
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
- DSX-nin V sinfinə qəbul imtahanı keçirildi