Nazirlər Kabineti 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması"nda dəyişiklik edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra müqavilə üzrə vəsait publik hüquqi şəxsin bank deyil, xəzinə hesabına köçürüləcək.
Həmçinin dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə biləcək.
- Bakıda bayram tonqalı yanğına səbəb oldu - Video
- Bu hallarda əmək müqaviləsinə xitam veriləcək
- Xəzər dənizində zəlzələ oldu
- Narkoloji xəstələrin fəaliyyətinə məhdudiyyət qoyulan işlər...
- Bayram günlərində bu banklar işləyəcək
- Xaçmazda maşın piyadanı vuraraq öldürüb
- İrana növbəti humanitar yardım yola salınır
- Xoşqədəm Hidayətqızının da verilişi dayandırıldı