Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da ilk rəsmi səfərini Azərbaycan Respublikasına edəcək.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək.
Kavelaşvilinin Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Gürcüstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darğallı və Savalan Mirzəyev daxildir.
- XTQ döyüşçüsü qəzada öldü
- Bu əraziyə qar yağdı
- Bu gün Beynəlxalq Novruz günüdür
- Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində sürüşmə - Video
- Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi
- Xankəndidə atəşfəşanlıq keçirildi
- Nikah öncəsi yoxlanan onlarla cütlükdə xəstəlik aşkarlandı
- Prezident Azərbaycan xalqını təbrik etdi