Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlar açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat "Rəsmi Qəzet"də dərc olunub.
Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlarda indiyə kimi bu qurumda yer alan azərbaycanlı alim - professor Aygün Attarın adı yoxdur. Məlumatı Aygün Attarın özü də təsdiqləyib.
Xatırladaq ki, Aygün Attar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 fevral 2021-ci il tarixli əmri ilə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilmişdi. Daha əvvəl Türkiyədə Giresun Universitetinin rektoru olub.
- XTQ döyüşçüsü qəzada öldü
- Bu əraziyə qar yağdı
- Bu gün Beynəlxalq Novruz günüdür
- Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində sürüşmə - Video
- Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi
- Xankəndidə atəşfəşanlıq keçirildi
- Nikah öncəsi yoxlanan onlarla cütlükdə xəstəlik aşkarlandı
- Prezident Azərbaycan xalqını təbrik etdi