Maskın Trampa yaxın olmasında xeyri nədir?

09:02 - 24 Mart 2025 - DÜNYA

 Maskın Trampa yaxın olmasında xeyri nədir?

İlon Maskın qurucusu olduğu "SpaceX" şirkəti ABŞ Prezidenti Donald Trampa yaxınlığından faydalana bilər.

BUTA.TV "The New York Times"a istinadən xəbər verir ki, korporasiya yaxın vaxtlarda dövlətlə çoxmilyardlıq müqavilələr imzalamağa hazırlaşır.

"SpaceX"ə federal xərclərin artması qismən Prezident Tramp və Maskın hazırda hökumət vəzifələrində olan müttəfiqləri və tərəfdaşlarının fəaliyyətinin nəticəsi olacaq. Şirkət, həmçinin Trampın hazırkı administrasiyasının rabitə sistemlərindən tutmuş peyk istehsalına qədər hər sahədə kommersiya kosmik xidmət təminatçılarının işə götürülməsinə üstünlük verməsi ilə bağlı siyasətindən faydalanacaq", - məqalədə qeyd olunur.

Həmçinin Federal Mülki Aviasiya Administrasiyasının (FAA) nəzərdən keçirdiyi "SpaceX"in dörd xüsusi layihəsinin adı çəkilib. Söhbət raketlər üçün yeni buraxılış meydançalarının tikintisi, həmçinin dövlət kosmodromlarından daha tez-tez istifadəyə icazə verilməsi ilə bağlı müraciətlərdən gedir.

Bu xəbər hal-hazırda çox oxunur
"HQ" ləqəbli tiktoker saxlanıldı - Səbəb

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol