Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
BUTA.TV təbrikin mətnini təqdim edir:
"Cənab Prezident, Əziz Qardaşım.
Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünyada sülhlə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq. Ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bu Novruz bayramında da səmimi arzumuzdur.
Bu mənalı gün münasibətilə Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq dolu gələcək arzulayıram".
- Bakıda yoxa çıxan 3 rəfiqədən gələn müəmmalı MESAJLAR VƏ ŞƏKİLLƏR - VİDEO
- İmamoğlunun həbsinə ABŞ və AB-nin fərqli reaksiyasının sirri
- Elvin Cəfərquliyev milli komandamızdan kənarlaşdırıldı - SƏBƏB
- Mask Baydenin hiyləgər planını açıqladı
- Gecə saatlarında BIÇAQLANMA: Yaşayış massivi ərazisində tanışının qanını tökdü
- Elektron siqaretin insan sağlamlığına zərərləri açıqlanıb
- Aktrisa Xuraman Əlizadə həyat yoldaşından ayrılmasından danışdı: "Çox xoşbəxtəm"
- Çin istehsalı olan avtomobilləri almaq istəyənlərin nəzərinə