Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentdə deyib.
"Azərbaycan və Ermənistan tarixi sülh sazişi üzrə danışıqların yekunlaşdığını elan ediblər. Biz bu mühüm addımı alqışlayırıq və hər iki tərəfi sazişin imzalanması ilə mümkün qədər tez irəliləməyə çağırırıq", - o bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər.
- Hava kəskin dəyişir: Martın 30-dək...
- Adil Əliyevə vəzifə verildi
- Bəzi ərazilərdə külək güclənəcək
- Vasif Talıbovla bağlı xüsusi qərar verilə bilər
- MDU-nun məzunu tam 31 ildir bu vəzifəni daşıyır
- Ağdamda kənd sakini minaya düşdü
- Ehtiyatda olan polkovnik qəfil öldü - Video
- Gəncədə sərxoş kişi evində yanaraq öldü