Ermənilər və azərbaycanlılar başqa ölkələrdə bir-biri ilə dostluq edirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın “Mülki Müqavilə” fraksiyasının üzvü Arsen Torosyan erməni mediasına müsahibəsində deyib.
“Bir çox ölkədə - Gürcüstanda, Rusiyada - ermənilər və azərbaycanlılar həm də bir-biri ilə dostluq edirlər və mən bunda qəbahət görmürəm. Axı Ermənistanı və Azərbaycanı buradan köçürmək olmaz və biz, bəli, qonşularımızla heç olmasa, münaqişəsiz münasibət qurmaq istəyirik”, - Torosyan bildirib.
Torosyan “Bakıya turist səfərinə gedərmi” sualına belə cavab verib:
“Bəli, vəziyyət bunu mümkün edəcək qədər əlverişli olsaydı, təbii ki, gedərdim, biz də onları burada qarşılayardıq”.
O, sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin də qurulacağını qeyd edib:
“Sənəd imzalanandan sonra Ermənistanda Azərbaycan, Azərbaycanda Ermənistan səfirliyi açılacaq. Niyə də açılmasın?”
- Sərhəddə atışmalar: Rəsmi Bakıdan İrəvana cavab...
- Rusiya Azərbaycanın bu əzmindən... - Matviyenko
- İrəvan sazişdə heç bir güzəştə getməyib - Ovannisyan
- Paşinyan kabinetdə qədəh qaldırıb, Vardanyana deyib ki…
- ABŞ buna görə Ermənistan hərbi texnika gətirir - Sensasiya
- DTX məlumat yaydı
- Bu gün danışacaqlar: Putinin 4 şərtini Tramp qəbul edəcək?
- Rusiya İrəvana problem yaratdı - Bakı köməyə gələ bilər