Ermənilər və azərbaycanlılar başqa ölkələrdə bir-biri ilə dostluq edirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın “Mülki Müqavilə” fraksiyasının üzvü Arsen Torosyan erməni mediasına müsahibəsində deyib.
“Bir çox ölkədə - Gürcüstanda, Rusiyada - ermənilər və azərbaycanlılar həm də bir-biri ilə dostluq edirlər və mən bunda qəbahət görmürəm. Axı Ermənistanı və Azərbaycanı buradan köçürmək olmaz və biz, bəli, qonşularımızla heç olmasa, münaqişəsiz münasibət qurmaq istəyirik”, - Torosyan bildirib.
Torosyan “Bakıya turist səfərinə gedərmi” sualına belə cavab verib:
“Bəli, vəziyyət bunu mümkün edəcək qədər əlverişli olsaydı, təbii ki, gedərdim, biz də onları burada qarşılayardıq”.
O, sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin də qurulacağını qeyd edib:
“Sənəd imzalanandan sonra Ermənistanda Azərbaycan, Azərbaycanda Ermənistan səfirliyi açılacaq. Niyə də açılmasın?”
- Rüfətin qazandığı məbləğ bəlli oldu - Video
- Bəzi ərazilərdə qaz olmayacaq
- Vens azərbaycanlı reabilitoloqu təltif etdi
- Ramazanın 26-cı günü: Dua, imsak və iftar vaxtı
- Qazaxıstan səfirliyində səsvermə keçirilir
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- İcra başçısı müğənnini həbs etdirib?
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq