"Azərbaycan Ordusu" qəzetinə yeni redaktor təyin olunub.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, mayor Ceyhun Cəfərli Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Azərbaycan Ordusu" qəzetinin redaktoru vəzifəsinə gətirilib. Baş redaktor olmadığına görə nəşr hazırda onun rəhbərliyi ilə fəaliyyət göstərir.
C.Cəfərli bundan əvvəl "Azərbaycan Ordusu" qəzetinin məsul katibi işləyib.
Qeyd edək ki, qəzetin əvvəlki baş redaktorunun birinci müavini - baş redaktoru mayor Məhəmməd Nəsirli olub. O, sentyabrın əvvəlində işindən ayrılıb.
- Tarkan Bakıya gəlir: Fantastik qazanc
- Elman Paşayev məhkəmədə polislə dalaşdı, həbsi uzadıldı
- Bakıdan Pakistanda qatardakı terror aktı ilə bağlı bəyanat
- ÜST rəhbəri də Bakıya gəlir
- Zakir Həsənov mayora yeni vəzifə verdi
- Bosniya lideri də Azərbaycana səfər etdi
- İlham Əliyev onu yeni müavin təyin etdi
- MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu