Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

22:36 - 11 Mart 2025 - GÜNDƏM

 Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Mixail Saakaşvili Gürcüstanda korrupsiyanı ləğv edən, məhkəmələri ədalət düzəninə salan, polis orqanlarını xalqa xidmət etdirən, bir sözlə, sistem quran olmaqla yanaşı, həm də öz siyasi karyerasını Gürcüstan üçün qurban verən lider kimi də tarixdə qalacaq.

BUTA.TV xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli qeyd edib.

O bildirib ki, 2008-ci il müharibəsi, sonra Rusiya ilə atəşkəs imzalaması, Abxaziya və Cənubi Osetiyanın de-fakto itirilməsi Saakaşviliyə baha başa gəldi:

“O, həm vəzifəsini itirdi, həm də reytinqi yerlə-bir oldu. Günü bu gün də xalqın böyük bir hissəsi Saakaşvilini qəbul etmir, ondan zəhləsi gedir. Amma Gürcüstan sağ qaldı, ölkəsi inkişaf yolu ilə getdi, turizm mərkəzinə çevrildi, əhalinin sosial vəziyyəti ildən-ilə yaxşılaşdı.

Bu xəbər hal-hazırda çox oxunur
Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

Üç ildir Ukraynanı viran qoyan, işğal edən Rusiyanın Gürcüstanla bağlı planları başqa idi: rəsmi Tiflis Rusiyanın boyunduruğuna girməli, Moskvaya tam loyal ölkəyə çevrilməli, Saakaşvili isə “bir yerindən” Moskvanın ortasında asılmalı idi. Məhz Mişanın öz həyatını, vəzifəsini Gürcüstana qurban verməsi Putinin bu arzularının gerçəkləşməsinə mane oldu.

Gürcüstan hadisələrində dişsiz və onurğasız davranan Avropa və kollektiv Qərb Putinin daha da aqressivləşməsinə səbəb oldu: Krım işğal olundu - yenə səssizlik, Ukraynaya 2022-ci ildə vəhşicəsinə hücum – yənə Qərbin onurğasızlığı...

Bu gün, çox təəssüf ki, Zelenski öz taleyi ilə Ukrayna taleyi arasında seçim edə bilmir, üstünlüyü Ukraynanın gələcəyinə verə bilmir, kreslodan əl çəkmək istəmir.

2022-ci ildə “İstanbul anlaşmaları” apreldə imzalansaydı, Ukraynada yüzminlərlə insan sağ qalacaqdı, çoxsaylı kəndlər, şəhərlər dağılmayacaqdı və ən əsası, bu gün Ukraynanı daha pis şərtlərlə atəşkəsə sürükləməzdilər. Bütün bunların qarşısını Zelenski 2022-nin aprelində Türkiyənin minbir əziyyətlə qurduğu masada ala bilərdi.

Zelenski buna niyə getmədi? 2022-də atəşkəs olsaydı, Ukrayna daxili siyasətində bütün “oxlar” Zelenskiyə çevriləcəkdi, növbəti seçkiləri Saakaşvili kimi uduzacaqdı. Bu, mütləq belə olacaqdı, çünki müharibə dayanan kimi suallar artacaqdı, ittihamlar çoxalacaqdı. Zelenski buna görə 2022-nin aprelində atəşkəsə getmədi, elə indi də atəşkəsdən yayınmaq istəyi sonrakı dövrdə ona ünvanlanacaq ciddi ittihamlardan qaçmaq cəhdidir.

Hələ də gec deyil, öz siyasi karyerasını Ukrayna üçün daha yaxşı şərtlərə dəyişə bilər – bunun üçün ürək, Saakaşvili qədər vətənsevər olmaq lazımdır. Çünki qəhrəman Ukrayna xalqı yaxşı gələcək istəyir, ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol