AzTV-də yayımlanan “Həftə” analitik informasiya proqramında Ermənistanın Azərbaycanla PUA savaşına hazırlıq görməsi ilə bağlı mövzuya toxunulub.
BUTA.TV xəbər verir ki, Rövşən Məmmədov bu məsələni belə şərh edib:
“Fransa xüsusi xidmət orqanlarına yaxın nəşrlərdən biri Ermənistanın müdafiə naziri Suren Papikyana istinadən “Ermənistan növbəti dronlar müharibəsini təxmin etmək üçün bütün istiqamətlərdə innovasiyalar həyata keçirir. Elektron müharibəsi, dronlar, proqram təminatı, əvvəlki müharibədə ortaya çıxan zəifliklərin aradan qaldırılması” fikirlərini yazır.
Doğrudur, qarşı tərəf silahlanır, son günlər sərhəd zonasında törədilən hərbi təxribatlar da hayların əzələ nümayiş etdirmək istədiyindən xəbər verir. Hətta bu günlərdə “Star” qəzeti İrəvanın Hindistandan daha 660 milyon dollar dəyərində silah almağa hazırlaşdığı barədə məlumat verdi.”
- Vasif Talıbovla bağlı xüsusi qərar verilə bilər
- MDU-nun məzunu tam 31 ildir bu vəzifəni daşıyır
- Ağdamda kənd sakini minaya düşdü
- Ehtiyatda olan polkovnik qəfil öldü - Video
- Gəncədə sərxoş kişi evində yanaraq öldü
- Sabah intensiv yağış yağacaq
- Beynəlxalq səyyahlar Ağdamdadır
- Azərbaycan Texniki Universiteti mühüm uğura imza atdı